• Home  
  • UEFA Mbappeni 3 oyunluq diskvalifikasiya edib
- Dünya - Gündəm - Idman

UEFA Mbappeni 3 oyunluq diskvalifikasiya edib

UEFA Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib. Əks-səda xəbər verir ki, 19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın “Betis” klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb. Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb. […]

İdman

UEFA Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib.

Əks-səda xəbər verir ki, 19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın “Betis” klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb.

Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.

Diskvalifikasiya səbəbindən Mbappe “Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə) və “Budyo-Qlimt” (Norveç) klublarına qarşı keçiriləcək Çempionlar Liqası matçlarında iştirak etməyəcək.

Qeyd edək ki, “Lill” – “Betis” matçı La Liqa kollektivinin 3:2 hesablı qələbəsi ilə bitib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.