• Home  
  • Bir sıra NATO ölkələri “Merops” dronla mübarizə sistemlərini alacaq
- Dünya - Gündəm - Texnologiya

Bir sıra NATO ölkələri “Merops” dronla mübarizə sistemlərini alacaq

NATO-nun təxminən altı üzvü Amerikanın “Project Eagle” şirkətinin “Merops” pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərini alacaq. Əks-səda xəbər verir ki, bu barədə “Business Insider” portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, alyansın qeyd olunan dövlətlərinin əksəriyyəti şərq cinahına daxildir. Qeyd olunub ki, hər bir “Merops” önləyicisinin qiyməti təxminən 15 min dollardır. “Merops” sistemi 280 km/saatdan […]

Texnologiya

NATO-nun təxminən altı üzvü Amerikanın “Project Eagle” şirkətinin “Merops” pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərini alacaq.

Əks-səda xəbər verir ki, bu barədə “Business Insider” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, alyansın qeyd olunan dövlətlərinin əksəriyyəti şərq cinahına daxildir. Qeyd olunub ki, hər bir “Merops” önləyicisinin qiyməti təxminən 15 min dollardır.

“Merops” sistemi 280 km/saatdan çox sürətlə hərəkət edə bilir və daha böyük pilotsuz uçuş aparatlarından müdafiə üçün nəzərdə tutulub. Polşa və Rumıniya bu sistemləri şərq sərhədlərində yerləşdirir. Danimarka da “Merops” almaq niyyətindədir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.