• Home  
  • Portuqaliya millisinin baş məşqçisi ilə Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub
- Dünya - Gündəm - Idman

Portuqaliya millisinin baş məşqçisi ilə Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub. Əks-səda xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. 41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar. Həmin matçda Ronaldu ehtiyatda qalıb və sonradan komandanın məşqində iştirak etməyib. Təcrübəli forvard sentyabrın […]

İdman

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla və Kriştianu Ronaldu arasındakı münaqişə həll olunub.

Əks-səda xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

41 yaşlı hücumçu və 72 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında Norveçlə (2:1) oyundan sonra yaranmış fikir ayrılıqlarını aradan qaldırıblar. Həmin matçda Ronaldu ehtiyatda qalıb və sonradan komandanın məşqində iştirak etməyib.

Təcrübəli forvard sentyabrın 29-da zalda fərdi proqram üzrə məşq edib.

Vəziyyət normallaşsa da, federasiya rəhbərliyi əlavə tədbirlər görmək qərarına gəlib. Belə ki, qurumun rəhbəri Pedro Proensa komandanın düşərgəsinə yollanıb.

Xatırladaq ki, Portuqaliya seçməsi oktyabrın 1-də Kopenhagendə Danimarka ilə üz-üzə gələcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.