Yuxarı sinif şagirdləri və universitet tələbələri tərəfindən təşkil edilən blokada Fransanın bir sıra şəhərlərində iğtişaşlara çevrilib, polis saxlanmalar həyata keçirir.
Əks-səda xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Bəzi məlumatlara görə, Nitsa və Mentonda 14-18 yaş arası gənclər arasında 24 nəfər həbs olunub. Od departamentinin prefekti 12 nəfərin həbs edildiyini bildirib.
Rona regionunda 34 nəfər həbs edilib, 15 nəfər yüngül xəsarət alıb, Oşeldə 5 nəfər, bu gün səhər isə departamentdə ümumilikdə 37 nəfər həbs edilib.
Ümumilikdə bu gün orta məktəblərin qarşısında 340 aksiya keçirilib, 169 blokpost qeydə alınıb.
İl-de-Frans regionunda 200-dən çox orta məktəb bağlanıb.


