• Home  
  • Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
- Cəmiyyət - Gündəm - Ölkə

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir. Əks-səda xəbər verir ki, bu barədə ADY məlumat yayıb. “Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər”, – məlumatda bildirilib və əlavə edilib ki, FİN […]

Cəmiyyət

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni verifikasiya qaydaları tətbiq edir.

Əks-səda xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

“Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər”, – məlumatda bildirilib və əlavə edilib ki, FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq.

Bilet almaq üçün verifikasiyanın tamamlanması mütləqdir:

“Xarici ölkə vətəndaşları isə verifikasiya üçün vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə təsdiqləməlidirlər.

“ADY Mobile”da verifikasiyadan keçmək üçün saat 00:00-dan sonra tətbiqi yeniləməyi unutmayın”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.