• Home  
  • Məhkumun köhnə tikilidə gizlətdiyi avtomat aşkarlanaraq götürülüb
- Gündəm - KriminaI - Ölkə

Məhkumun köhnə tikilidə gizlətdiyi avtomat aşkarlanaraq götürülüb

Bakıda məhkumun Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş avtomatı aşkarlanaraq götürülüb. Əks-səda xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, […]

Kriminal

Bakıda məhkumun Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş avtomatı aşkarlanaraq götürülüb.

Əks-səda xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.