• Home  
  • Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib
- Manşet - Ölkə - Rəsmi - Siyasət

Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib

Avstriyanın Azərbaycanda yeni səfiri Ettienn Berxtold oktyabrın 5-də Prezident İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib. Əks-səda xəbər verir ki, diplomat Azərbaycan dilində deyib: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”. Ettienn Berxtold Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dili daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib. Dövlət başçısı səfirin Azərbaycan dilində danışmasından […]

Prezident İlham Əliyev

Avstriyanın Azərbaycanda yeni səfiri Ettienn Berxtold oktyabrın 5-də Prezident İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib.

Əks-səda xəbər verir ki, diplomat Azərbaycan dilində deyib:

“Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Ettienn Berxtold Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dili daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlət başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.