• Home  
  • Nərimanovda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
- Gündəm - Hadisə - Ölkə

Nərimanovda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Əks-səda FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın […]

Hadisə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Əks-səda FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə və şaxtasında 15 p.m elektrik kabeli yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.