• Home  
  • Tramp Texas hərbi bazasında atəş açan şəxsin edamını təsdiqləyib
- Dünya - Gündəm - Hadisə

Tramp Texas hərbi bazasında atəş açan şəxsin edamını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Texasdakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib. Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell “X” sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Pentaqon rəhbəri Pit Heqset ölüm hökmünün güllələnmə yolu ilə icra edilməsini tövsiyə edib və bundan […]

Hadisə

ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Texasdakı Fort-Hud hərbi bazasında 13 nəfəri öldürməkdə təqsirli bilinən Nidal Həsənin edam hökmünü təsdiqləyib.

Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnell “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Pit Heqset ölüm hökmünün güllələnmə yolu ilə icra edilməsini tövsiyə edib və bundan sonra Tramp qərarı təsdiqləyib.

Hərbi psixiatr kimi xidmət edən Həsən 2009-cu ilin noyabrında Fort Huda atəş açıb. Nəticədə 13 nəfər həlak olub, daha 32 insan yaralanıb.

O, saxlanılarkən yaralanıb və aşağı ətraf nahiyəsi iflic olub. 2013-cü ildə hərbi məhkəmə onu təqsirkar bilib və ölüm hökmünə məhkum edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.