• Home  
  • Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb
- Dünya - Gündəm - Hadisə

Venesuelanın gücünə görə ikinci neft emalı zavodu yanğın səbəbindən fəaliyyətini dayandırıb

Venesuelanın şimal-qərbində yerləşən ölkənin gücünə görə ikinci ən böyük neft emalı zavodu “Cardon”da yanğın baş verdiyi üçün müəssisənin fəaliyyəti dayandırılıb. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yanğın dizel yanacağının hidrotəmizlənməsi qurğusunu birləşdirən qaz kəmərində başlayıb. Bir neçə partlayışdan sonra qazanlar da daxil olmaqla, müəssisənin fəaliyyəti tamamilə dayandırılıb. Yanğın bir […]

Hadisə

Venesuelanın şimal-qərbində yerləşən ölkənin gücünə görə ikinci ən böyük neft emalı zavodu “Cardon”da yanğın baş verdiyi üçün müəssisənin fəaliyyəti dayandırılıb.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanğın dizel yanacağının hidrotəmizlənməsi qurğusunu birləşdirən qaz kəmərində başlayıb. Bir neçə partlayışdan sonra qazanlar da daxil olmaqla, müəssisənin fəaliyyəti tamamilə dayandırılıb.

Yanğın bir saatdan az müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat daxil olmayıb.

Gündəlik 310 min barel neft emalı gücünə malik “Cardon” zavodu Venesuelanın ən böyük neft emalı kompleksi olan “Paraguana”nın tərkibinə daxildir. Kompleksin ümumi emal gücü gündəlik 955 min bareldir.

Qeyd edək ki, ötən ay xammal çatışmazlığı səbəbindən zavodda ilkin neft emalı və katalitik krekinq qurğularının fəaliyyəti də dayandırılmışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.