• Home  
  • Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub
- Dünya - Gündəm - Hadisə

Qasırğa Alabama və Florida ştatlarında 170 mindən çox abonenti işıqsız qoyub

ABŞ-nin Alabama və Florida ştatlarında “İsaías” qasırğasının sahilə yaxınlaşması fonunda 170 mindən çox abonent elektrik enerjisiz qalıb. Əks-səda xəbər verir ki, bu barədə “PowerOutage” monitorinq xidmətinin məlumatlarında bildirilib. Bakı vaxtı ilə saat 02:30-a olan məlumata görə, Alabama ştatında 68,8 min, Floridada isə 93,8 min abonentin elektrik təchizatında fasilələr yaranıb. Bundan başqa, Luiziana ştatında 3,4 min, Missisipi ştatında […]

Hadisə

ABŞ-nin Alabama və Florida ştatlarında “İsaías” qasırğasının sahilə yaxınlaşması fonunda 170 mindən çox abonent elektrik enerjisiz qalıb.

Əks-səda xəbər verir ki, bu barədə “PowerOutage” monitorinq xidmətinin məlumatlarında bildirilib.

Bakı vaxtı ilə saat 02:30-a olan məlumata görə, Alabama ştatında 68,8 min, Floridada isə 93,8 min abonentin elektrik təchizatında fasilələr yaranıb.

Bundan başqa, Luiziana ştatında 3,4 min, Missisipi ştatında isə 4,4 min abonent işıqsız qalıb. Meteoroloqların proqnozlarına əsasən, bu ştatlar da qasırğanın təsir dairəsinə düşə bilər.

ABŞ-ın Milli Qasırğa Müşahidə Mərkəzinin (NHC) məlumatına görə, “İsaías” qasırğası Florida ştatının Pensakola şəhərindən təxminən 145 kilometr cənubda yerləşir.

Qasırğa zonasındakı küləyin şiddətli ani güclənmələri saniyədə 50 metri ötür.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.