• Home  
  • Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar
- Manşet - Rəsmi - Siyasət

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Əks-səda xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi. Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. […]

Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.

Əks-səda xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi.

Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.

Dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biri olan “Bakı Ağ Şəhər” layihəsinin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb.

Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. “Bakı Ağ Şəhər”də geniş daxili küçələr, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri yaradılıb və şəhərsalmanın ən son yenilikləri tətbiq olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.