• Home  
  • Salyanda minik avtomobili hərəkətdə olan yük qatarının qarşısına çıxıb
- Gündəm - Hadisə - Ölkə

Salyanda minik avtomobili hərəkətdə olan yük qatarının qarşısına çıxıb

Bu gün səhər saatlarında “Mersedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi maşın Salyan-Salmanlı sahəsində hərəkətdə olan yük qatarının qarşısına çıxıb. Əks-səda bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Hadisə nəticəsində lokomotivə zərər dəyib. […]

Hadisə

Bu gün səhər saatlarında “Mersedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi maşın Salyan-Salmanlı sahəsində hərəkətdə olan yük qatarının qarşısına çıxıb.

Əks-səda bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Hadisə nəticəsində lokomotivə zərər dəyib.

“ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır”, – deyə açıqlamada qeyd olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.