• Home  
  • “Bavariya” Bundesliqa tarixində ən sürətli qolu buraxıb
- Dünya - Gündəm - Idman

“Bavariya” Bundesliqa tarixində ən sürətli qolu buraxıb

Münxenin “Bavariya” komandası “Auqsburq”a qarşı beşinci turun səfər matçında Bundesliqa tarixində ən sürətli qolu buraxıb. Əks-səda bu barədə “Opta” statistik portalına istinadən xəbər verir. “Auqsburq”un yarımmüdafiəçisi Robin Felhaver “Bavariya”nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra görüşün elə səkkizinci saniyəsində fərqlənib. Oyunun başlamasından bir neçə saniyə sonra 41 yaşlı qapıçı öz qapısından təxminən 30 metr aralıda topu […]

İdman

Münxenin “Bavariya” komandası “Auqsburq”a qarşı beşinci turun səfər matçında Bundesliqa tarixində ən sürətli qolu buraxıb.

Əks-səda bu barədə “Opta” statistik portalına istinadən xəbər verir.

“Auqsburq”un yarımmüdafiəçisi Robin Felhaver “Bavariya”nın qapıçısı Manuel Noyerin kobud səhvindən sonra görüşün elə səkkizinci saniyəsində fərqlənib.

Oyunun başlamasından bir neçə saniyə sonra 41 yaşlı qapıçı öz qapısından təxminən 30 metr aralıda topu oynatmağa cəhd edib, lakin top Felhaverə tuş gəlib, o isə topu ələ keçirərək boş qapını işğal edib.

Əvvəlki rekord doqquz saniyə təşkil edirdi. Bu rekordu Kərim Bellarabi (“Bayer”; 23 avqust 2014-cü ildə Dortmund “Borussiya”sına qarşı matçda və Kevin Folland (“Hoffenhaym”; 22 avqust 2015-ci ildə “Bavariya”ya qarşı matçda) paylaşırdılar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.