• Home  
  • Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı 8 nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı 8 nəfər xəsarət alıb

Yuxarı sinif şagirdlərinin bugünkü etiraz aksiyaları zamanı Fransanın milli təhsil sisteminin ən azı 8 əməkdaşı yaralanıb. Əks-səda Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Parisin prokuroru Lora Bekyuo bildirib. O, həmçinin qeyd edib ki, Parisdə yuxarı sinif şagirdlərinin etiraz aksiyaları başlayandan bəri 273 nəfər saxlanılıb: Onlardan 85-i yetkinlik yaşına çatanlar, 188-i isə yetkinlik yaşına çatmayanlardır, […]

Hadisə

Yuxarı sinif şagirdlərinin bugünkü etiraz aksiyaları zamanı Fransanın milli təhsil sisteminin ən azı 8 əməkdaşı yaralanıb.

Əks-səda Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Parisin prokuroru Lora Bekyuo bildirib.

O, həmçinin qeyd edib ki, Parisdə yuxarı sinif şagirdlərinin etiraz aksiyaları başlayandan bəri 273 nəfər saxlanılıb: Onlardan 85-i yetkinlik yaşına çatanlar, 188-i isə yetkinlik yaşına çatmayanlardır, onların əksəriyyətinin 15-16 yaşı var”.

Bununla yanaşı, o, polisin zorakı hərəkətlərinə qarşı çıxış edib: “Bu görüntülər, ən azından, suallar doğurur. Polislərin zorakılıq tətbiq etməyə haqqı varmı?”.

Yerli medianın məlumatına görə, İl-de-Frans regionunda 50-yə yaxın işçi artıq psixoloji xidmətə müraciət edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.