• Home  
  • Gəncədə zəncirvari avtoqəza olub, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Gəncədə zəncirvari avtoqəza olub, xəsarət alanlar var

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub. Əks-səda xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Opel” ilə “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Opel” idarəetmədən çıxaraq yol kənarında dayanan digər “Chevrolet”ə və dayanacağa çırpılıb. Nəticədə ikisi sərnişin, biri isə piyada olmaqla, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri […]

Hadisə

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.

Əks-səda xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

“Opel” ilə “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Opel” idarəetmədən çıxaraq yol kənarında dayanan digər “Chevrolet”ə və dayanacağa çırpılıb. Nəticədə ikisi sərnişin, biri isə piyada olmaqla, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.