• Home  
  • Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib
- Dünya - Gündəm - Hadisə

Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib

Panamadakı zəlzələ altı mindən çox insana təsir edib, bununla belə tələfatın qarşısını almaq mümkün olub. Əks-səda xəbər verir ki, bu barədə respublikanın prezidenti Xose Raul Mulinonun “X” sosial şəbəkəsində yayımlanan xalqa müraciətində qeyd olunub. “Hazırda 1 744 ev yoxlanılıb, 6 174 nəfər zərər çəkib. Yoxlamalar aparıldıqca bu rəqəm yenilənəcək”, – dövlət başçısı məlumat verib. O vurğulayıb […]

Hadisə

Panamadakı zəlzələ altı mindən çox insana təsir edib, bununla belə tələfatın qarşısını almaq mümkün olub.

Əks-səda xəbər verir ki, bu barədə respublikanın prezidenti Xose Raul Mulinonun “X” sosial şəbəkəsində yayımlanan xalqa müraciətində qeyd olunub.

“Hazırda 1 744 ev yoxlanılıb, 6 174 nəfər zərər çəkib. Yoxlamalar aparıldıqca bu rəqəm yenilənəcək”, – dövlət başçısı məlumat verib.

O vurğulayıb ki, yeraltı təkanların dağıdıcı gücü böyük olub və mütəxəssislər zərərin miqyasını qiymətləndirməyə davam edirlər. Bununla yanaşı, hökumət artıq ərzaq və içməli suyun çatdırılmasını, yolların və körpülərin bərpasını, eləcə də elektrik enerjisinin verilməsini təmin edir.

“Kömək və həll yollarının onlara ən çox ehtiyacı olanlara çatması üçün zəruri olan resurslara qənaət etməyəcəyəm”, – Mulino bildirib.

Çərşənbə axşamına keçən gecə Panamada 6,4 maqnitudalı zəlzələ baş verib. Bundan əvvəl – cümə günü Panamada 7,7 maqnitudalı güclü zəlzələ qeydə alınmışdı. O zaman azı 27 nəfər xəsarət almışdı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.