• Home  
  • Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb

Yəmənin Taiz əyalətində son sutka ərzində husilərin hücumları nəticəsində 5 dinc sakin ölüb, 17 nəfər isə yaralanıb. Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Yəmənin “Saba” dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində əyalətdə husilər tərəfindən 43 pozuntu qeydə alınıb. Ölənlər arasında beş yaşlı bir qız da var. Məlumata görə, husilər […]

Yəmənin Taiz əyalətində son sutka ərzində husilərin hücumları nəticəsində 5 dinc sakin ölüb, 17 nəfər isə yaralanıb.

Əks-səda “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Yəmənin “Saba” dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində əyalətdə husilər tərəfindən 43 pozuntu qeydə alınıb. Ölənlər arasında beş yaşlı bir qız da var.

Məlumata görə, husilər əyalətin yaşayış məntəqələrini artilleriya və minaatan mərmiləri də daxil olmaqla, 180-dən çox sursatla atəşə tutublar. Bundan əlavə, pilotsuz uçuş aparatlarından istifadə edilməklə də hücumlar qeydə alınıb.

Nəticədə 7 yaşayış evi, 12 avtomobil, Taiz şəhərindəki “Əl-Səfva” xəstəxanası və “Əl-Səid” məscidi zədələnib.

Qeyd edilib ki, davam edən atəşlər və malların tədarükünə qoyulan məhdudiyyətlər əyalətdə humanitar vəziyyəti daha da ağırlaşdırır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.