• Home  
  • Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb

Pakistanda “Rəhman Baba Ekspress” sərnişin qatarının relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb, 49 nəfər yaralanıb. Əks-səda “Dawn”a istinadən xəbər verir ki, bu barədə xilasetmə xidmətinin nümayəndəsi Məhəmməd Ərşad bildirib. Onun sözlərinə görə, hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir. Pakistanın dəmir yolları naziri Hənif Abbasi müvafiq qurumlara xəsarət alan sərnişinləri zəruri tibbi yardımla təmin etməyi […]

Pakistanda “Rəhman Baba Ekspress” sərnişin qatarının relsdən çıxması nəticəsində azı 4 nəfər ölüb, 49 nəfər yaralanıb.

Əks-səda “Dawn”a istinadən xəbər verir ki, bu barədə xilasetmə xidmətinin nümayəndəsi Məhəmməd Ərşad bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Pakistanın dəmir yolları naziri Hənif Abbasi müvafiq qurumlara xəsarət alan sərnişinləri zəruri tibbi yardımla təmin etməyi tapşırıb.

O, həmçinin bildirib ki, ölənlərin ailələrinə və yaralılara Pakistan Dəmir Yollarının sığorta polisinə uyğun olaraq kompensasiya ödəniləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.