• Home  
  • Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- Gündəm - Ölkə - Siyasət

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Əks-səda xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qonağa ASAN-ın intellektual məhsul […]

Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Əks-səda xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Laos Prezidenti “ASAN xidmət”in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.

Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidməti və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.