• Home  
  • İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub
- Dünya - Gündəm - Idman

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliyanın “Venesiya” klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib. Əks-səda xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ayrılığa səbəb komandanın ölkə çempionatında mövsümə uğursuz başlaması olub. “Venesiya” A Seriyasının ilk altı turunda keçirdiyi bütün oyunlarda məğlub olub. Komanda xalsız sonuncu – 20-ci pillədə qərarlaşıb. Qeyd edək ki, 58 yaşlı mütəxəssis […]

İtaliyanın “Venesiya” klubunun baş məşqçisi Covanni Stroppa vəzifəsindən azad edilib.

Əks-səda xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ayrılığa səbəb komandanın ölkə çempionatında mövsümə uğursuz başlaması olub. “Venesiya” A Seriyasının ilk altı turunda keçirdiyi bütün oyunlarda məğlub olub.

Komanda xalsız sonuncu – 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 58 yaşlı mütəxəssis 2025-ci ilin iyununda “Venesiya”nın baş məşqçisi təyin olunub. Stroppanın rəhbərliyi altında komanda 2025/2026 mövsümündə A Seriyasına yüksəlib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.