• Home  
  • Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
- Gündəm - İQTİSADİYYAT - Ölkə

Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Əks-səda xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib. Bu dövrdə […]

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Əks-səda xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.

Bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barrel), kondensat hasilatı 12 min ton (101 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barrel) olub.

Hesabat dövründə neftin emalı 4,5 milyon ton təşkil edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.