• Home  
  • La-Manş tunelinin Fransa tərəfində avtobus yük qatarı ilə toqquşub, 19 yaralı var
- Dünya - Gündəm - Hadisə

La-Manş tunelinin Fransa tərəfində avtobus yük qatarı ilə toqquşub, 19 yaralı var

La-Manş tunelinin Fransa tərəfində avtobus və yük qatarının toqquşması nəticəsində 19 nəfər xəsarət alıb. Əks-səda xəbər verir ki, bu barədə “Sky news” telekanalı məlumat yayıb. Bildirilib ki, sürücü də daxil olmaqla, mikroavtobusda 19 nəfər olub. Yaralananların ikisinin vəziyyəti ağırdır. Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürənlər, polis və helikopter göndərilib. Bildirilib ki, mikroavtobusla yük qatarı arasında […]

La-Manş tunelinin Fransa tərəfində avtobus və yük qatarının toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

Əks-səda xəbər verir ki, bu barədə “Sky news” telekanalı məlumat yayıb.

Bildirilib ki, sürücü də daxil olmaqla, mikroavtobusda 19 nəfər olub. Yaralananların ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım maşınları, yanğınsöndürənlər, polis və helikopter göndərilib.

Bildirilib ki, mikroavtobusla yük qatarı arasında toqquşma oktyabrın 15-i axşam saatlarında baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.