• Home  
  • Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
- Gündəm - Hadisə - Ölkə

Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri – […]

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri – 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.