• Home  
  • Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
- Dünya - Gündəm - Hadisə

Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib

Türkiyənin Bursa vilayətində 100 nəfər qidadan zəhərlənib. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Məlumata görə, hadisə İnegöl rayonunda keçirilən dini mərasimdə qeydə alınıb. Tədbirdən təxminən üç saat sonra mərasimin bəzi iştirakçıları zəhərlənmə əlamətləri olan ürəkbulanma və qusma hiss etməyə başlayıblar. Zərərçəkənlər İnegöl Dövlət Xəstəxanasına yerləşdiriliblər. Qeyd edilir ki, sakinlərin və ətraf ərazilərdən […]

Türkiyənin Bursa vilayətində 100 nəfər qidadan zəhərlənib.

Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, hadisə İnegöl rayonunda keçirilən dini mərasimdə qeydə alınıb. Tədbirdən təxminən üç saat sonra mərasimin bəzi iştirakçıları zəhərlənmə əlamətləri olan ürəkbulanma və qusma hiss etməyə başlayıblar. Zərərçəkənlər İnegöl Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilir ki, sakinlərin və ətraf ərazilərdən çox sayda insanın qatıldığı tədbirdə təxminən 1 000 nəfərə yemək paylanılıb.

Qida zəhərlənməsinin toyuq əti və düyüdən qaynaqlandığı ehtimal edilir.

Jandarm hadisə ilə bağlı araşdırmaya başlayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.