• Home  
  • İran səfiri Almaniya XİN-ə çağırılıb
- Dünya - Gündəm - Siyasət

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb. Söhbət Almaniya Yəhudiləri Mərkəzi Şurasının sədri Yozef Şusterə və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Folker Bekə hücumların […]

Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Söhbət Almaniya Yəhudiləri Mərkəzi Şurasının sədri Yozef Şusterə və Almaniya-İsrail Cəmiyyətinin rəhbəri Folker Bekə hücumların hazırlanmasından gedir.

“Yozef Şuster və Folker Bekə qarşı qəsdən hücum cəhdləri hüquqi nəticələrə səbəb olacaq”, – məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 15-də Hamburq Ali Regional Məhkəməsi İranın xeyrinə casusluq etdiklərinə və Almaniya yəhudi icmasının nümayəndələrinə hücumlar hazırladıqlarına görə iki nəfəri həbs cəzasına məhkum edib.

Məhkəmə Danimarkada yaşayan 54 yaşlı Əli S. və 43 yaşlı Təvab M.-i casusluqda, həmçinin qətl və qəsdən yanğın törətməyə hazırlıqda təqsirli bilib. Əli S. səkkiz il yarım, Təvab M. isə dörd il yarım müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, həmin şəxslər Yozef Şuster və Folker Beki izləyiblər. Bundan əlavə, Əli S. Berlində ərzaq mağazasını yandırmağa hazırlaşıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.