Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakəti səbəbindən ölənlərin sayı 10-a çatıb.
Əks-səda xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, İstanbulda axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı Kocaelidə 3, İstanbulda isə 7-yə yüksəlib.
Xatırladaq ki, son günlər Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Evlərə və infrastruktura külli miqdarda zərər dəyib.


