• Home  
  • Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
- Gündəm - Hadisə - Ölkə

Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. “Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü […]

Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub”, – məlumatda qeyd edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.