• Home  
  • Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb
- Cəmiyyət - Gündəm - Ölkə

Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb. Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək […]

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb.

Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək döyüş hazırlığı nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Qeyd edək ki, təlim çərçivəsində iştirakçıların göstərdikləri peşəkarlıq döyüş effektivliyinin və qarşılıqlı uzlaşmanın artırılmasında mühüm rol oynayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.