• Home  
  • Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb
- Cəmiyyət - Gündəm - Ölkə

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb. Əks-səda xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub: “Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu […]

Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb.

Əks-səda xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

“Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.