• Home  
  • Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var
- Dünya - Gündəm - Hadisə

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var

Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam hücum edilib. Bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat verib. Məlumata görə, yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar. Hücumun təfərrüatları açıqlanmır. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmənin hökumət qüvvələrinə husilərə qarşı mübarizədə […]

Səudiyyə Ərəbistanının Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanına oktyabrın 21-də axşam hücum edilib. Bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat verib.

Məlumata görə, yaralılar müxtəlif dərəcəli xəsarətlər alıblar. Hücumun təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmənin hökumət qüvvələrinə husilərə qarşı mübarizədə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir. Koalisiya hərəkatın mövqelərinə hava zərbələri endirir, husilər isə krallıqdakı infrastruktura hücuma keçir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.