• Home  
  • ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib
- Digər - Dünya - Gündəm

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnika verib

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində həyata keçirilib. Qeyd olunub ki, texnika və avadanlıq Ermənistanın Sərhəd Xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, […]

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb.

Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində həyata keçirilib.

Qeyd olunub ki, texnika və avadanlıq Ermənistanın Sərhəd Xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, eləcə də insanların və malların təhlükəsiz hərəkətinin yaxşılaşdırılmasına kömək etməlidir. Bu dəstək ABŞ-nin Ermənistanın sərhədlərinin idarə olunması potensialının gücləndirilməsinə və regional qarşılıqlı əlaqələrin, o cümlədən “Tramp marşrutu” çərçivəsində təşviqinə sadiqliyini əks etdirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.