• Home  
  • Belçikada baş verən fırtınada dörd nəfər xəsarət alıb
- Dünya - Gündəm - Hadisə

Belçikada baş verən fırtınada dörd nəfər xəsarət alıb

Belçikada “Ostin” fırtınası nəticəsində dörd nəfər xəsarət alıb. Əks-səda “DH” qəzetinə istinadən xəbər verir ki, güclü külək ağacları aşırıb və müxtəlif konstruksiyaları zədələyib ki, bu da ictimai nəqliyyatın işində çoxsaylı axsamalara səbəb olub. Şəhərətrafı qatarların hərəkətində də əhəmiyyətli gecikmələr qeydə alınıb. “Ostin” fırtınası oktyabrın 23-də günün ikinci yarısında Belçikanın bütün ərazisini əhatə edib. Küləyin sürəti 110 […]

Belçikada “Ostin” fırtınası nəticəsində dörd nəfər xəsarət alıb.

Əks-səda “DH” qəzetinə istinadən xəbər verir ki, güclü külək ağacları aşırıb və müxtəlif konstruksiyaları zədələyib ki, bu da ictimai nəqliyyatın işində çoxsaylı axsamalara səbəb olub.

Şəhərətrafı qatarların hərəkətində də əhəmiyyətli gecikmələr qeydə alınıb.

“Ostin” fırtınası oktyabrın 23-də günün ikinci yarısında Belçikanın bütün ərazisini əhatə edib. Küləyin sürəti 110 km/saata çatır, əlverişsiz hava şəraiti güclü leysanlarla müşayiət olunur.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.