• Home  
  • Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
- Dünya - Gündəm - Hadisə

Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub

Rusiya Silahlı Qüvvələri “Çernomorsk” limanında ekipajsız katerlərin istehsalı sexini vurub. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, Qara dənizdə “Odessa” limanına hərbi yüklər daşıyan gəmiyə zərbə endirilib. Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər ki, quru yük gəmilərinə və liman infrastrukturuna zərbələr oktyabrın 17-dən davam edir. Xüsusilə oktyabrın 23-də hərbçilər […]

Rusiya Silahlı Qüvvələri “Çernomorsk” limanında ekipajsız katerlərin istehsalı sexini vurub.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, Qara dənizdə “Odessa” limanına hərbi yüklər daşıyan gəmiyə zərbə endirilib.

Rusiya Müdafiə Nazirliyindən qeyd ediblər ki, quru yük gəmilərinə və liman infrastrukturuna zərbələr oktyabrın 17-dən davam edir. Xüsusilə oktyabrın 23-də hərbçilər Odessa vilayətinin Vilkovo limanında ekipajsız kater operatorlarının dislokasiya məntəqələrinin, eləcə də belə gəmilərin dayanacağı və anbarının yerləşdiyi obyektlərə zərbələrin endirildiyini bildiriblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.