• Home  
  • Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
- Dünya - Gündəm - Hadisə

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki “SF-260” təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. Əks-səda xəbər verir ki, bu barədə “Philippine Daily Inquirer” ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmanın aparıldığı müddətdə ölkədəki bütün “SF-260” təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb. Filippin HHQ-nin məlumatına görə, hər […]

Batanqasda təlim uçuşu zamanı iki “SF-260” təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə “Philippine Daily Inquirer” ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Filippin Hərbi Hava Qüvvələri qəza ilə bağlı araşdırmanın aparıldığı müddətdə ölkədəki bütün “SF-260” təyyarələrinin uçuşunu müvəqqəti dayandırıb.

Filippin HHQ-nin məlumatına görə, hər iki təyyarə cümə günü Lipa şəhərində yerləşən Fernando aviabazası ərazisində qəzaya uğrayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.