Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb.
Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis tərəfindən təmin olunub.


