• Home  
  • Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib
- Dünya - Gündəm - Hadisə - KriminaI

Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib

Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub. İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram […]

Türkiyənin Bursa və İstanbul şəhərlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Əks-səda “Haber Global”a istinadən xəbər verir ki, əməliyyat oktyabrın 20-də Narkotik Cinayətlərlə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilib.

Araşdırma zamanı 22 şübhəli saxlanılıb, onlardan 17-si hakimin qərarı ilə həbs olunub.

İstintaq çərçivəsində 11 kiloqram 601 qram sintetik kannabinoid (bonzai) xammalı, 1 kiloqram 595 qram kokain, 1 ədəd qanunsuz odlu silah, 18 ədəd patron, tüfəng, narkotik vasitələrin qanunsuz satışından əldə edildiyi ehtimal olunan 583 min 800 Türkiyə lirəsi (11 745,58 ABŞ dolları) aşkarlanaraq müsadirə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.