• Home  
  • Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib
- Gündəm - Ölkə - Siyasət - Texnologiya

Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Vyetnam arasında ali audit sahəsində rəqəmsal texnologiyaların tətbiqi müzakirə edilib. Əks-səda bu barədə Hesablama Palatasına istinadən xəbər verir. Məlumata görə, Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dəyişən dünyada ali audit orqanları: vizyon, institusional çərçivə və innovasiya” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda iştirak etmək məqsədilə Vyetnamda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Vyetnam Dövlət […]

Azərbaycan və Vyetnam arasında ali audit sahəsində rəqəmsal texnologiyaların tətbiqi müzakirə edilib.

Əks-səda bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Dəyişən dünyada ali audit orqanları: vizyon, institusional çərçivə və innovasiya” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda iştirak etmək məqsədilə Vyetnamda səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Vyetnam Dövlət Audit Ofisinin baş auditoru Nguyen Hu Ngiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı iki ali audit orqanı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub.

Tərəflər dövlət auditinin təkmilləşdirilməsi, audit proseslərində innovativ yanaşmaların və rəqəmsal texnologiyaların tətbiqi, həmçinin peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.