• Home  
  • Ermənistanda məhbus məhkəmə binasından qaçıb
- Dünya - Gündəm - Hadisə

Ermənistanda məhbus məhkəmə binasından qaçıb

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, o, cəzasını “Armavir” cəzaçəkmə müəssisəsində çəkirdi. Bildirilib ki, həmin şəxs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məişət zorakılığı işi üzrə məhkəməyə gətirilib. Hakim həbs barədə qərarı oxuduqdan sonra o, qaçmağa müvəffəq olub. Hazırda Armavirdə polis gücləndirilmiş […]

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, o, cəzasını “Armavir” cəzaçəkmə müəssisəsində çəkirdi.

Bildirilib ki, həmin şəxs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün məişət zorakılığı işi üzrə məhkəməyə gətirilib. Hakim həbs barədə qərarı oxuduqdan sonra o, qaçmağa müvəffəq olub.

Hazırda Armavirdə polis gücləndirilmiş rejimdə işləyir.

Daxili işlər nazirinin mətbuat katibi Narek Sarqsyan məhbusun qaçması barədə məlumatı təsdiqləyib.

Medianın məlumatına görə, daha əvvəl oxşar hadisə Şirak vilayətində də baş verib. Həmin vaxt təqsirləndirilən şəxs məhkəmə binasının pəncərəsini sındıraraq qaçıb gizlənmiş, lakin sonradan saxlanılmışdı. Bundan sonra ona qarşı yeni ittihamlar irəli sürülüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.