• Home  
  • Moldovanın Baş naziri Ukraynaya gedib
- Dünya - Gündəm - Siyasət

Moldovanın Baş naziri Ukraynaya gedib

Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Əks-səda xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş zamanı iki ölkənin Baş nazirləri tərəfindən ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi və […]

Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib.

Əks-səda xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq.

Moldova hökumətinin mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş zamanı iki ölkənin Baş nazirləri tərəfindən ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi və ticari əməkdaşlığın inkişafı, regional təhlükəsizlik və Avrointeqrasiya məsələləri müzakirə olunacaq.

Tofanla birlikdə Ukraynaya infrastruktur və regional inkişaf naziri Vladimir Bolya, müdafiə naziri Anatoli Nosatı və energetika naziri Dorin Junqietu gəliblər.

Onlar investisiya imkanlarına və iqtisadi əməkdaşlığın inkişafına həsr olunmuş Kiyev Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəklər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.