• Home  
  • Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub

Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub. Əks-səda “Premium Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər. Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar. Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər. Şahidlərin sözlərinə görə, […]

Nigeriyanın Taraba ştatında silahlı şəxslərin Binnari kəndinə hücumu nəticəsində azı 40 dinc sakin həlak olub.

Əks-səda “Premium Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatlarının nümayəndələri bildiriblər.

Məlumata görə, yaraqlılar Taraba ərazisinə qonşu Plato ştatından daxil olublar.

Hücum edənlər əkinləri yandırıb, yaşayış evlərini və mağazaları dağıdıb, həmçinin yerli sakinləri öldürüblər.

Şahidlərin sözlərinə görə, həlak olanların sayı arta bilər, çünki kəndin bir çox sakini itkin düşmüş hesab olunur.

Axtarış-xilasetmə işləri davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.