• Home  
  • Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbağça”nı məğlub edib
- Dünya - Gündəm - Idman

Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbağça”nı məğlub edib

Türkiyə Super Liqasının IX turunun matçında “Qalatasaray” öz meydanında “Fənərbağça” ilə qarşılaşıb. Əks-səda xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qalatasaray”ın qələbə qollarını Viktor Osimhen 29 və 44-cü dəqiqələrdə vurub. “Fənərbağça”nın yeganə qoluna İrfan Can Kahveci 62-ci dəqiqədə imza atıb. Bu nəticədən sonra xallarını 22-yə çatdıran “Qalatasaray” liderliyini qoruyub saxlayıb. Liqada […]

Türkiyə Super Liqasının IX turunun matçında “Qalatasaray” öz meydanında “Fənərbağça” ilə qarşılaşıb.

Əks-səda xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qalatasaray”ın qələbə qollarını Viktor Osimhen 29 və 44-cü dəqiqələrdə vurub.

“Fənərbağça”nın yeganə qoluna İrfan Can Kahveci 62-ci dəqiqədə imza atıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran “Qalatasaray” liderliyini qoruyub saxlayıb. Liqada 3-cü dəfə məğlubiyyətlə üzləşən “Fənərbağça”nın isə 16 xalı var.

“Qalatasaray” növbəti turda gələn həftə səfərdə “Konyaspor”la üz-üzə gələcək, “Fənərbağça” isə öz meydanında “Göztəpə” ilə qarşılaşacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.