• Home  
  • Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb
- Dünya - Gündəm - Siyasət

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib. Bununla yanaşı, o, əsas heyətin Ukraynada qaldığını və Rusiyanın davam edən hücumları şəraitində Cənubi Koreya […]

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb.

Əks-səda “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib.

Bununla yanaşı, o, əsas heyətin Ukraynada qaldığını və Rusiyanın davam edən hücumları şəraitində Cənubi Koreya vətəndaşlarının müdafiəsi üçün səylərini əsirgəmədiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr ayında BMT Baş Assambleyasında çıxışı zamanı iki Şimali Koreya əsgərinin Cənubi Koreyaya təhvil verildiyini ictimaiyyətə açıqladıqdan sonra Cənubi Koreya rəsmi izahat və bu cür insidentlərin təkrarlanmasının qarşısının alınması üçün zəmanət tələb edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.