• Home  
  • Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
- Dünya - Gündəm - Siyasət

Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərini fasiləsiz və intensiv təlimlər keçirməklə tabeliklərindəki bölmələrin müharibəyə tam hazırlığını təmin etməyə çağırıb. Əks-səda xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) KXO bölük komandirlərinin III müşavirəsinin iştirakçıları ilə görüşdə Kim Çen Inın çıxışına istinadən məlumat yayıb. “Bölük komandirlərinin əsas inqilabi vəzifəsi […]

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərini fasiləsiz və intensiv təlimlər keçirməklə tabeliklərindəki bölmələrin müharibəyə tam hazırlığını təmin etməyə çağırıb.

Əks-səda xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) KXO bölük komandirlərinin III müşavirəsinin iştirakçıları ilə görüşdə Kim Çen Inın çıxışına istinadən məlumat yayıb.

“Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrin tam döyüş hazırlığını təmin etməkdir. Bu vəzifənin yerinə yetirilməsinin başlıca yolu fasiləsiz və intensiv təlimlərdir”, – deyə o vurğulayıb.

Kim Çen Inın sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyəti, möhkəm inqilabi əqidəsi və vətənpərvərlik ruhu ilə seçilən bölmələr formalaşdırmalıdırlar.

Şimali Koreya lideri qeyd edib ki, bu işin nəticələri komandirlərin peşəkarlığının və təşkilatçılıq qabiliyyətinin əsas göstəricisi olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.