• Home  
  • “Çelsi” Mateo Kovaçiçi “Mançester Siti”dən geri qaytarmağı planlaşdırır
- Dünya - Gündəm - Idman

“Çelsi” Mateo Kovaçiçi “Mançester Siti”dən geri qaytarmağı planlaşdırır

İngiltərənin “Çelsi” klubu “Mançester Siti”nin futbolçusu Mateo Kovaçiçi yenidən öz sıralarına cəlb etmək variantını araşdırır. Əks-səda xarici media mənbələrinə əsasən məlumat verir ki, London klubunun rəhbərliyi komandanın yarımmüdafiə xəttindəki mövcud durumdan ciddi narahatlıq keçirir. Bir sıra futbolçunun “zadəganlar”ın sıralarını tərk etməsi, başqalarının isə zədə ilə üzləşməsi bu mövqedə çatışmazlığa səbəb olub. Nəzərdə tutulan namizədlər arasında Mateo […]

İngiltərənin “Çelsi” klubu “Mançester Siti”nin futbolçusu Mateo Kovaçiçi yenidən öz sıralarına cəlb etmək variantını araşdırır.

Əks-səda xarici media mənbələrinə əsasən məlumat verir ki, London klubunun rəhbərliyi komandanın yarımmüdafiə xəttindəki mövcud durumdan ciddi narahatlıq keçirir.

Bir sıra futbolçunun “zadəganlar”ın sıralarını tərk etməsi, başqalarının isə zədə ilə üzləşməsi bu mövqedə çatışmazlığa səbəb olub.

Nəzərdə tutulan namizədlər arasında Mateo Kovaçiç də var. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2023-cü ildə “Çelsi”dən “Mançester Siti” klubuna transfer olunub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.