• Home  
  • Ərdoğan Ankarada Tokayevlə görüşüb
- Dünya - Gündəm - Siyasət

Ərdoğan Ankarada Tokayevlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, liderlər Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan görüşdə Türkiyə ilə Qazaxıstanın ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla, əməkdaşlığı bütün sahələrdə […]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşüb.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, liderlər Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan görüşdə Türkiyə ilə Qazaxıstanın ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla, əməkdaşlığı bütün sahələrdə inkişaf etdirəcək addımlar atılacağını bildirib.

O, Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə də dəvət edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.