• Home  
  • Almatıda kütləvi zəhərlənmədən sonra internat məktəbi 60 gün müddətinə bağlanıb
- Dünya - Gündəm - Hadisə

Almatıda kütləvi zəhərlənmədən sonra internat məktəbi 60 gün müddətinə bağlanıb

Almatıda (Qazaxıstan) Respublika fizika-riyaziyyat məktəbinin yeməkxanası və internat məktəbi şagirdlərin kütləvi zəhərlənməsindən sonra 60 gün müddətinə bağlanıb. Əks-səda xəbər verir ki, bu barədə Qazaxıstan mediası Almatı sanitariya-epidemioloji nəzarət departamentinə istinadən məlumat yayıb. Laborator tədqiqatlar bəzi qida nümunələrində dezinfeksiya qaydalarının pozulmasını aşkar edib. Qida blokunun dörd əməkdaşı işdən kənarlaşdırılıblar. Xəstəxanaya yerləşdirilən 58 nəfərin hamısı qənaətbəxş vəziyyətdə evə […]

Almatıda (Qazaxıstan) Respublika fizika-riyaziyyat məktəbinin yeməkxanası və internat məktəbi şagirdlərin kütləvi zəhərlənməsindən sonra 60 gün müddətinə bağlanıb.

Əks-səda xəbər verir ki, bu barədə Qazaxıstan mediası Almatı sanitariya-epidemioloji nəzarət departamentinə istinadən məlumat yayıb.

Laborator tədqiqatlar bəzi qida nümunələrində dezinfeksiya qaydalarının pozulmasını aşkar edib. Qida blokunun dörd əməkdaşı işdən kənarlaşdırılıblar. Xəstəxanaya yerləşdirilən 58 nəfərin hamısı qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Məktəbdə və yeməkxanada yekun dezinfeksiya işləri aparılıb.

Faktla bağlı araşdırma davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.