• Home  
  • Apple yenidən dünyanın ən bahalı şirkəti olub
- Dünya - Gündəm - Texnologiya

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

“Apple” şirkəti texnologiya nəhəngi “Nvidia”nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb. Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı “Nvidia”nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib. Qeyd olunur ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın […]

“Apple” şirkəti texnologiya nəhəngi “Nvidia”nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti titulunu yenidən qazanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Çip istehsalçısı “Nvidia”nın bazar dəyəri isə 4,93 trilyon dollar təşkil edib.

Qeyd olunur ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olmuşdu.

“Apple”ın yenidən liderliyə yüksəlməsi investorların süni intellekt sahəsinə yatırılan investisiyalarla bağlı narahatlıqları ilə əlaqələndirilir. Agentliyin yazdığına görə, investorlar “iPhone” istehsalçısının səhmlərini daha etibarlı investisiya hesab edirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.