• Home  
  • “Reuters”: Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər
- Dünya - Gündəm - Siyasət

“Reuters”: Qətər nümayəndələri ABŞ ilə razılaşmanı müzakirə etmək üçün İrana yola düşüblər

Qətər vasitəçiləri ABŞ ilə mümkün sövdələşmə barədə danışıqlar aparmaq üçün Tehrana yola düşüblər. Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb. Mənbənin məlumatına görə, onlar İranın xarici işlər naziri Abbas Əraqçi ilə Vaşinqton və Tehran arasındakı saziş layihəsi üzrə danışıqlar aparacaqlar. Daha əvvəl İran nümayəndə heyəti ABŞ ilə münaqişənin həlli imkanlarını öyrənmək üçün […]

Qətər vasitəçiləri ABŞ ilə mümkün sövdələşmə barədə danışıqlar aparmaq üçün Tehrana yola düşüblər.

Əks-səda xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, onlar İranın xarici işlər naziri Abbas Əraqçi ilə Vaşinqton və Tehran arasındakı saziş layihəsi üzrə danışıqlar aparacaqlar.

Daha əvvəl İran nümayəndə heyəti ABŞ ilə münaqişənin həlli imkanlarını öyrənmək üçün Dohaya səfər edib. Xüsusilə də mümkün sülh sazişinin layihəsi müzakirə olunub. Əraqçi səfəri şərh edərkən qeyd edib ki, İran Hörmüz boğazının açılması məsələsi üzrə vasitəçilərlə məsləhətləşmələri davam etdirəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.