• Home  
  • Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb

Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, hadisə axşam saatlarında İrəvan – Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. “Jeep Compass”, “Opel Zafira”, “Chevrolet Volt” markalı avtomobillər və yük maşını toqquşub. Müxtəlif dərəcəli xəsarətlər alan 3 […]

Ermənistanın Araqatsotn vilayətində 4 avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, hadisə axşam saatlarında İrəvan – Vanadzor magistral yolunda, Tsilkar kəndi ərazisində baş verib. “Jeep Compass”, “Opel Zafira”, “Chevrolet Volt” markalı avtomobillər və yük maşını toqquşub.

Müxtəlif dərəcəli xəsarətlər alan 3 zərərçəkmiş “Ermənistan” tibb mərkəzinə çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirir, qəzanın başvermə şəraitini araşdırır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.